Ermənistan XİN
Siyasət
192
10:53, Bu gün

Ermənistan XİN "3+3" formatında növbəti görüşün vaxtı və yeri barədə açıqlama yayıb

"3+3" formatında növbəti görüşün vaxtı və yeri hələ müəyyənləşməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) "Sputnik Ermənistan"ın yazılı sorğusuna cavabında deyilir.
 
Xəbərdə bildirilir ki, iclasın təşkili bir neçə aydır, müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.
 
Nazirlik xatırladıb ki, əvvəlki görüşün yekunları üzrə regional məsləhət platformasının iştirakçıları növbəti iki görüşün İrəvan və Bakıda keçirilməsinin vacibliyini önə çəkiblər. Bildirilir ki, qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəlinib.
 
"Bu sahədə konstruktiv müzakirələr davam edir", - XİN-dən bildirlilib.
 
Bundan əvvəl Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bəyan etmişdi ki, Moskva növbəti görüşün təşkili ilə bağlı İrəvan və Bakı arasında operativ razılığın əldə olunmasını gözləyir.
 
Xatırladaq ki, "3+3" platformasına Azərbaycan, Ermənistan, Gürcüstan, habelə Türkiyə, Rusiya və İran daxildir. Gürcüstan hələ ki, görüşlərdə iştirak etmir, lakin digər iştirakçılar Tbilisi üçün qapıların açıq qaldığını dəfələrlə vurğulayıblar. Əvvəlki üç görüş ardıcıl olaraq Moskva, Tehran və İstanbulda keçirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər