Yekaterinburq məhkəməsi Səfərov qardaşlarını həbsdə saxladı
Siyasət
214
17:45, Bu gün

Yekaterinburq məhkəməsi Səfərov qardaşlarını həbsdə saxladı

Rusiyanın Sverdlovsk vilayət məhkəməsi qətldə iştirakda ittiham olunan Azərbaycan vətəndaşları Ayaz Səfərov, Bəkir Səfərov və Kamal Səfərovu dekabrın 29-dək həbsdə saxlayıb.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat verib.

Onlarla bərabər, Məzahir Səfərov da dekabrın 29-na qədər təcridxanasında qalacaq, lakin o, daha əvvəl həbs olunmasına etiraz etməyib.

"Kommersant-Ural" nəşrinin mənbəyinin məlumatına görə, Məzahir Səfərov ifadə verərək öz cinayət ortaqlarını ifşa edib. İşin digər iştirakçıları günahlarını inkar ediblər.

Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda azərbaycanlılar kütləvi həbs ediliblər. Ümumən 50-dən çox adam polis şöbəsinə gətirilib. Polis və xüsusi təyinatlıların basqınından sonra iki nəfər - Hüseyn və Ziyəddin Səfərov qardaşları vəfat ediblər. Digər iki şəxs - Əziz Abasov və Kamal Səfərov ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər