Estoniya XİN başçısı: Ermənistan-Azərbaycan sülh prosesini yüksək qiymətləndiririk
Siyasət
282
17:00, Bu gün

Estoniya XİN başçısı: Ermənistan-Azərbaycan sülh prosesini yüksək qiymətləndiririk

Estoniya Ermənistanla Azərbaycan arasındakı sülh prosesini yüksək qiymətləndirir.

Moderator.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsahkna bildirib.

Nazir qeyd edib ki, Estoniyanın 2026-cı ildə Ermənistanda səfirlik açmaq qərarı barədə məlumat vermək üçün Ermənistan xarici işlər naziri Ararat Mirzoyana zəng edib.

“Bu, Ermənistan-Estoniya münasibətlərində mühüm bir mərhələdir və ölkələrimiz arasında münasibətlərin son illərdə nə qədər sıx inkişaf etdiyini əks etdirir”, – Tsahkna vurğulayıb.

O həmçinin qeyd edib ki, Estoniya Ermənistanla Azərbaycan arasındakı sülh prosesini yüksək qiymətləndirir.

“Biz demokratik islahatların irəliləməsində və Avropa İttifaqına yaxınlaşmaqda Ermənistanı dəstəkləməyə davam edirik”, - diplomat əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər