20:15
13°C
Bakı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Honkonqda baş verən dəhşətli yanğınla bağlı Çinə başsağlığı verib.
Moderator.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.
"Çinin Honkonq şəhərinin Tai Po rayonunda çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğın bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik.
Bu çətin dövrdə Honkonq əhalisinin yanındayıq", - XİN-in yaydığı məlumatda bildirilir.
Honkonqun Tai Po rayonunda baş verən yanğında, son məlumatlara görə, 55 nəfər həyatını itirib.