Azərbaycanlı deputatlar Qırğızıstanda seçkiləri müşahidə edəcək
Siyasət
245
13:13, Bu gün

Azərbaycanlı deputatlar Qırğızıstanda seçkiləri müşahidə edəcək

Milli Məclisin deputatları Tural Gəncəliyev, Cavanşir Feyziyev, Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov noyabrın 30-da Qırğız Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Bişkek şəhərində səfərdə olacaqlar.
 
Moderator.az xəbər verir ki, Tural Gəncəliyev ATƏT PA-nın xətti ilə, Cavanşir Feyziyev TÜRKPA –nın xətti ilə, Mübariz Qurbanlı MDB İcraiyyə Komitəsinin xətti ilə, Göydəniz Qəhrəmanov isə MDB PA-nın xətti ilə seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, səsvermə prosesini müşahidə edəcəklər.
 
Link kopyalandı!
Son xəbərlər