Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti ilə görüşüb - FOTO
Siyasət
31
20:40, Bu gün

Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti ilə görüşüb - FOTO

Xarici İşlər Naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti Lorenzo Fontana ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, görüş Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq barədə fikir mübadiləsi aparmaq, siyasi dialoqun dinamik inkişafını müzakirə etmək və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi yollarını araşdırmaq üçün fürsət yaradıb.

Hər iki tərəf ortaq maraqların və regional sabitliyin dəstəklənməsi üçün enerji, ticarət, mədəni və humanitar sahələrdə davamlı əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüş zamanı Ceyhun Bayramov Fortunaya münaqişədən sonrakı dövrdə regiondakı mövcud vəziyyət barədə məlumat verib.

Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti ilə görüşübCeyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti ilə görüşübCeyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti ilə görüşüb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər