BƏƏ Prezidenti Fərid Əhmədovu qəbul edib
Siyasət
32
16:50, Bu gün

BƏƏ Prezidenti Fərid Əhmədovu qəbul edib

Noyabrın 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovu qəbul edib.

Bu barədə Moderator.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fərid Əhmədov ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını BƏƏ dövlət başçısına çatdırıb.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində salamlarını və dərin ehtiramını Azərbaycan dövlət başçısına çatdırmağı xahiş edib.

Əbu-Dabidə baş tutan qəbul zamanı Azərbaycan və BƏƏ prezidentlərinin təşəbbüsləri sayəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə strateji tərəfdaşlıq səviyyəsində olduğu diqqətə çatdırılıb.

Ölkə başçılarının əldə etdiyi razılıqlar əsasında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış mülki və ticarət işləri üzrə, eləcə də cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya haqqında müqavilələr çərçivəsində əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Ədliyyə sahəsində sıx əməkdaşlığın ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında hüquqi, eləcə də ədliyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün imkanların olduğu diqqətə çatdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər