Baş nazir Əli Əsədov “Rusiya Dəmir Yolları” (RDY) ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorovu qəbul edib.
Bu barədə Moderator.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Görüş zamanı Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlər üzrə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Xüsusi diqqət nəqliyyat-logistika sahəsində, o cümlədən dəmir yolları arasında əməkdaşlığa yönəldilib.
Regionun tranzit potensialının artırılması üzrə birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı üzrə işlərin sinxron şəkildə aparılması və marşrut üzrə yükdaşımaların sabit artımının təmin edilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov da iştirak edib.