18:49
12°C
Bakı
Naxçıvanda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin qeyri-hökumət təşkilatlarının (QHT) Platforması təsis edilib.
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar TDT ölkələri QHT-lərinin Naxçıvanda keçirilən Həmrəylik Forumunda qəbul edilib.
Milli Məclisin deputatı Azər Allahverənov Platformanın sədri seçilib.
Platformada TDT üzvü olan və təşkilatda müşahidəçi qismində iştirak edən 8 ölkənin QHT-ləri təmsil olunur.