20:01
12°C
Bakı
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfəri çərçivəsində xarici işlər naziri Hakan Fidanla regional məsələləri müzakirə edib.
Moderator.az Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən xəbər verir ki, görüşdə həmçinin ikitərəfli məsələlər barədə danışılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovu qəbul edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.