Naxçıvanda TDT ölkələri QHT-lərinin Həmrəylik Forumu keçirilir
Siyasət
231
14:32, Bu gün

Naxçıvanda TDT ölkələri QHT-lərinin Həmrəylik Forumu keçirilir

Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) Həmrəylik Forumu keçirilir.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, noyabrın 24-də Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən TDT ölkələri qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu noyabrın 25-də öz işini Naxçıvan şəhərində davam etdirir.
 
Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin QHT-lərinin platforması təsis ediləcək və "WUF13-ə doğru - Türk dünyasında ilk" mövzusunda panel müzakirə keçiriləcək.
 
Qeyd edək ki, TDT-yə üzv ölkələrin ictimai təşkilatlarını birləşdirən QHT Platformasına Azərbaycan rəhbərlik edəcək.
 
Link kopyalandı!
Son xəbərlər