19:16
15°C
Bakı
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Moderator.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.