Oman Sultanlığı Azərbaycanda səfirlik açacaq
Siyasət
1427
24 Nov 2025 | 12:24

Oman Sultanlığı Azərbaycanda səfirlik açacaq

"Oman Sultanlığı Azərbaycanın paytaxtı Bakı şəhərində səfirlik açmağa hazırlaşır".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Omanın Azərbaycan və Türkiyə üzrə qeyri-rezident səfiri Saif Raşid əl-Cavari Ankarada Omanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
 
Səfir bildirib ki, Azərbaycan və Oman müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir:
 
"Münasibətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində bütün sahələrdə yüksək səviyyədə inkişaf edir".
 
Səfir iki ölkə arasındakı münasibətlərin də inkişaf etdiyinə diqqət çəkib:
 
"Bu yaxınlarda Azərbaycanın Omana yeni səfir təyin etməsi də siyasi əlaqələrin inkişafının göstəricisidir".
 
Qeyd edək ki, ötən ayın sonlarında Azərbaycanın Omandakı səfirliyinin inzibati binasının rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində baş tutub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər