Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin yaydığı rəsmi məlumata görə, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Buxarestə işgüzar səfəri davam edir.
Səfər Rumıniyanın Baş prokuroru Aleks Florentsanın dəvəti ilə həyata keçirilir. Noyabrın 23-də nümayəndə heyəti Buxarestin Tey Parkında ucaldılmış ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib. Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib, büstün önünə əklil və gül dəstələri qoyulub.
Səfər çərçivəsində Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Rumıniyadakı səfirliyinə də baş çəkib. Görüş zamanı səfirliyin heyəti ilə fikir mübadiləsi aparılıb, iş şəraiti ilə tanış olunub və iki ölkə arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Bundan əlavə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabları səfirliyin kitabxanasına hədiyyə olunub.
Musavat.com səfərin gedişatını əks etdirən fotoları təqdim edir.