Siyasət
35
22:40, Bu gün

"Haber Global" İlham Əliyevin D-8 Media Forumunun iştirakçılarına ünvanladığı müraciətə dair süjet hazırlayıb - VİDEO

"Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlanmasına dair süjet təqdim edib.

Moderator.az xəbər verir ki, süjetdə paytaxt Bakının daha bir mühüm tədbirə ev sahibliyi etdiyi vurğulanaraq, forumda səkkiz ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi bildirilib.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlət başçısı İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirib.

Müraciətində D-8 ölkələri arasında həmrəyliyin önəminə diqqət çəkildiyi bildirilir. İlham Əliyev əməkdaşlığın təkcə iqtisadi sahədə deyil, mədəniyyət, sosial və humaniyar sahələrdə də özünü göstərdiyini bildirib.

Dövlət başçısı dəyişən dünya ilə birlikdə medianın da tranformasiyadan keçdiyini vurğulayıb.

"Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, "deepfake"lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri - doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır".

Daha ətraflı videoda:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər