Tokayev İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
Siyasət
186
14:47, Bu gün

Tokayev İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrda 1000 ton Qazaxıstan buğdasının ilk partiyasının Azərbaycan üzərindən Ermənistana çatdırıldığını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, dövlət başçısı məhdudiyyətlərin aradan qaldırılması və birbaşa ikitərəfli ticarətə şərait yaradılması ilə bağlı qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
 
Tokayevin sözlərinə görə, təşəbbüsün mühüm siyasi və iqtisadi əhəmiyyəti var. O qeyd edib ki, Qazaxıstan Ermənistana müntəzəm olaraq yüksək keyfiyyətli taxıl məhsulları və digər mallar tədarük etməyə hazırdır.
 
Tərəflər, həmçinin Qazaxıstan və Ermənistan arasında birbaşa aviareyslərin açılması və hava yükdaşımalarının inkişafı istiqamətində səylərin gücləndirilməsi barədə razılığa gəliblər.
 
Qazaxıstan prezidenti vurğulayıb ki, bu sahədə artıq konkret planlar var və onların tezliklə həyata keçirilməsinə başlanılacaq.
Link kopyalandı!
Son xəbərlər