Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
Siyasət
189
14:38, Bu gün

Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümü ilə bağlı çıxış edib.
 
Moderator.az-ın məlumatına görə, spiker deyib ki, 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi həyatında müstəsna əhəmiyyətli hadisələrdən biri olub.
 
Sədr hakim partiyanın yaradılmasından bəri keçdiyi uğurlu tarixi proseslərdən bəhs edib.
 
"Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi münasibətilə partiyamızın sədri cənab İlham Əliyevi və partiya sədrinin birinci müavini Mehriban xanım Əliyevanı, partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm, xalqa və dövlətə xidmət yolunda onlara yeni uğurlar arzulayıram", - spiker bildirib.
Link kopyalandı!
Son xəbərlər