Səfir:
Siyasət
186
19:59, Bu gün

Səfir: "Latviya Azərbaycan və Ermənistan arasında sülhlə bağlı irəliləyişi yüksək qiymətləndirir"

Latviya Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyişi yüksək qiymətləndirir.

Moderator.az xəbər verir ki, bunu Latviyanın ölkəmizdəki səfiri Edqars Skuya Latviyanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Cənubi Qafqazda sülh əlaqələr, gələcək iqtisadi artım və rifah üçün qapılar açacaq va biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk. Latviya Avropa İttifaqına üzv ölkə kimi sülh prosesinin təşviqi və əlaqələrimizin möhkəmləndirilməsi üçũn hər cür lazımi dəstəti verməyə hazırdır. Onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, o cümlədən Strateji Tərəfdaşlıq Sazişi olub. Bizim müntəzəm olaraq yüksək səviyyəli siyasi görüşlərimiz, xüsusi ilə də parlamentlərarası dostluq qrupları, dovlət və özəl sektorlar arasında sıx əməkdaşlıq və hökumətlərarası komissiyanın işi ilə bağlı fəal əməkdaşlığımız, hökumət və özəl sektorlar arasında sıx əlaqələrimiz var. Əməkdaşlığın effektiv sahələrinə kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar va üzvi əkinçilikdir.” səfir qeyd edib.

Link kopyalandı!
Son xəbərlər