Azərbaycan və Litva arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür
Siyasət
176
16:49, Bu gün

Azərbaycan və Litva arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür

Litva Xarici İşlər Nazirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı sosial şəbəkədə paylaşım edib.

Moderator.az xəbər verir ki, paylaşım nazirliyin “X” hesabında dərc edilib.

“Azərbaycandakı dostlarımızla birlikdə diplomatik əlaqələrimizin 30 illiyini qeyd edirik. Bu əlaqələr azadlıq uğrunda mübarizədə bir-birini dəstəkləmək üzərində qurulub. Bu mübarizə 1919-cu ilə, Litvanın Bakıda konsulluq açmasına qayıdır. Qoy bizim əməkdaşlığımız dərinləşsin və əlaqələrimiz növbəti illərdə də davam etsin”, - qeyd edilib.

Link kopyalandı!
Son xəbərlər