Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan suriyalı həmkarı Əsəd əş-Şibani ilə telefon danışığı aparıb.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tərəflər regional prosesləri müzakirə ediblər.
Suriya XİN rəhbəri Mirzoyanı 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmaların nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib. Nazirlər sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş addımlar barədə fikir mübadiləsi aparıblar.
Həmçinin, söhbət zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub və siyasi dialoqun, qarşılıqlı səfərlərin və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın aktivləşdirilməsi barədə razılıq əldə olunub.