Milli Məclisdə gələn ilin büdcə zərfinə dair müzakirələr başladı
Siyasət
449
11:16, Bu gün

Milli Məclisdə gələn ilin büdcə zərfinə dair müzakirələr başladı

Milli Məclisin 2026-cı ilin büdcə zərfinə dair üç günlük (19, 20 və 21 noyabr) iclası başlayıb.
 
Moderator.az xəbər verir ki, üç gün davam edəcək iclasların gündəliyə 8 məsələ daxil edilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.
 
Təklif olunan məsələlər aşağıdakılardır:
 
1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).
 
2. “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).
 
3. “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş).
 
4. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş).
 
5. “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş).
 
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
 
7. Azərbaycan Respublikası Milli Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Milli Məclisinin qərarının layihəsi.
 
8. Azərbaycan Respublikası Hesablama Palatasının 2026-cı il üçün xərclər smetası haqqında Milli Məclisinin qərarının layihəsi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər