Azərbaycan və İran arasında İKT sahəsində əməkdaşlığı gücləndirilməsi ilə bağlı işçi qrupunun yaradılması müzakirə olunub.
Moderator.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi ilə görüşüb.
Görüşdə iki ölkə arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəfdaşlığın gücləndirilməsi ilə bağlı işçi qrupun yaradılması və normativ hüquqi bazanın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə son zamanlar iki ölkə arasında İKT sahəsində, xüsusilə tezliklərin koordinasiyasında əldə olunan uğurlu əməkdaşlığın davam etdirilməsi razılaşdırılıb.