Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumu keçirilir.
Moderator.az xəbər verir ki, “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr olunan tədbir iki ölkə arasında siyasi, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığın müzakirə edilməsi məqsədi daşıyır.
Forum çərçivəsində bir neçə əsas istiqamət üzrə sessiyalar keçirilir. “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi” və “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularında aparılacaq müzakirələrdə regiondakı dəyişən geosiyasi dinamika və strateji tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbirdə Azərbaycan hökumət nümayəndələri, yerli beyin mərkəzlərinin təmsilçiləri ilə yanaşı, ABŞ-dən “Atlantic Council”, “New Lines Institute”, “Hudson Institute”, Mərkəzi Asiya–Qafqaz İnstitutu kimi nüfuzlu tədqiqat qurumlarının ekspertləri, həmçinin “The National Interest” jurnalının nümayəndələri iştirak edirlər.