Siyasət
200
17 Nov 2025 | 22:30

"Euronews"un rəhbəri: "Azərbaycanla bağlı mövqeyimizə görə təzyiqlərə məruz qalmışıq"

"Euronews" telekanalının redaksiyası Azərbaycanla birgə layihələrin həyata keçirilməsi səbəbindən Avropa daxilində dəfələrlə təzyiqlərə məruz qalıb".

Moderator.az "Report"a istinadla xəbər verir ki, bunu "Euronews"un İdarə Heyətinin sədri Pedro Varqas David Bakıda telekanalın ofisinin açılış mərasimində jurnalistlərə bildirib.

"Çətinliklər ilk növbədə Azərbaycanın hüdudlarından kənarda yaranırdı. Avropada bir çoxları bu ölkəyə dair bizim balanslaşdırılmış mövqeyimizi qəbul etmirdi", - deyə o qeyd edib.

Varqas David vurğulayıb ki, buna baxmayaraq, "Euronews" öz prioritetlərinə sadiq qalıb və Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini dərk edib.

O xatırladıb ki, Avropa İttifaqı ölkənin ən böyük tərəfdaşı və investoru, həmçinin Azərbaycan məhsullarının əsas ixracatçısıdır: "Azərbaycanla informasiya əməkdaşlığının gücləndirilməsi şirkətin əsas vəzifəsi olaraq qalır, çünki ölkədə baş verən hadisələrin Avropa auditoriyası üçün əhəmiyyəti böyükdür", - telekanal rəhbəri əlavə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər