01:20
14°C
Bakı
Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, o, bunu "X"dəki səhifəsində yazıb.
"Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edirik. Bizim ölkələr üçün bu gün azadlıq uğrunda mübarizəni, həmçinin birliyin gücünü və müstəqillik iradəsini simvolizə edir", – deyə diplomat qeyd edib.
Qeyd edək ki, Çexiya və Slovakiyada 17 noyabr azadlıq və demokratiya uğrunda Mübarizə günü kimi qeyd olunur. Bu gün 1939-cu ildə nasistlərin repressiyalarına qarşı tələbə etirazlarının və 1989-cu ildə Məxməri inqilabın başlanmasının xatirəsinə həsr olunub.