Türkiyə mediası İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır - FOTO
Siyasət
310
15:10, Bu gün

Türkiyə mediası İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır - FOTO

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Daşkənddə keçirilən 7-ci Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır.

Moderator.az xəbər verir ki, qardaş ölkənin media orqanları bazar günü yayımlanan reportajlarında Azərbaycan liderinin görüş iştirakçılarına müraciətinə, o cümlədən Zəngəzur dəhlizi layihəsi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, TRIPP) ilə bağlı fikirlərinə diqqət yetiriblər.

Dövlət başçısının bu ilin avqust ayında Vaşinqtonda Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün əldə edilən razılaşmaların əhəmiyyətinə, eləcə də ölkəmizdə Zəngəzur Dəhlizinin tikintisinin vaxt qrafikinə dair sitatları təqdim olunub.

Prezident İlham Əliyevin çıxışına istinadla qeyd edilib ki, 15 milyon ton yükdaşıma qabiliyyətinə malik dəmir yolu Orta Dəhlizin mühüm arteriyasına çevriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər