14:28
18°C
Bakı
Bu gün Azərbaycanın tamhüquqlu iştirakçı qismində bizim formata qoşulmasına dair tarixi qərar qəbul etdik.
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün “Mərkəzi Asiya+Azərbaycan” formatında iclasında bildirib.
Kasım-Jomart Tokayev əmin olduğunu bildirib ki, Azərbaycan bu yeni formatda regional əməkdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verəcək.