ŞKTR Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi
Siyasət
436
15 Nov 2025 | 21:31

ŞKTR Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Lefkoşada səfərdə olan Azərbaycan-ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərliyindəki nümayəndə heyətini qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə ŞKTR Prezidentinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, T. Erhürman nümayəndə heyəti ilə görüşməkdən duyduğu məmnuniyyəti ifadə edib. Cavanşir Feyziyev isə ŞKTR Prezidentini Respublika Günü münasibətilə təbrik edib.

Daha sonra T. Erhürman və nümayəndə heyəti qarşılqlı olaraq bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər