Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
Siyasət
324
14:44, Bu gün

Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xətai rayonu, Gəncə prospekti, 61, 65 və 79-cu binada yaşayan sakinlərin müraciəti əsasında seçicilərlə görüş keçirib.
 
Moderator.az xəbər verir ki, millət vəkili ilə görüşdə sakinlər binaların mövcud problemlərini qaldırıb, kanalizasiya xətlərinin və binaların istilik sisteminin bərbad vəziyyətdə olması, marşrut xəttinin işləməməsi məsələsindən şikayətləniblər.
 
Sakinlər eyni zamanda binaların qarşısında işıqlandırma sisteminin olmamasını, yolların asfalt örtüyünün dağılmasını, binaların zirzəmilərinin antisanitariya şəraitində olduğunu bildiriblər.
 
Uşaqlar üçün futbol meydançasının olmamasından şikayətlənən sakinlər, binalarda dezinfeksiya işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıblar. Həmçinin 191 nömrəli orta məktəbin futbol meydançasının dağılmış vəziyyətdə olduğunu, yollarda piyada keçidinin yoxluğunu diqqətə çatdıraraq, küçə itlərinin məhəllələrdə ciddi təhlükə yaratması ilə bağlı narazılıqlarını ifadə edib və digər məsələləri qaldırıblar.
 
Millət vəkili Qüdrət Həsənquliyev səsləndirilən mövcud problemlərlə bağlı müvafiq dövlət qurumları qarşısında məsələ qaldıracağını sakinlərin diqqətinə çatdırıb.
Görüşdə Xətai rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri də iştirak ediblər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər