Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.
Moderator.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər avtomobil istehsalı, energetika, turizm və sənaye innovasiyaları sahəsində birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı ticarətin artırılmasını müzakirə ediblər.