Ayxan Hacızadə:
Siyasət
291
18:49, Bu gün

Ayxan Hacızadə: "Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir, təxliyə nəzərdə tutulmur"

"Azərbaycanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirir".

Moderator.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

XİN rəsmisi diqqətə çatdırıb ki, səfirlik əməkdaşlarının təxliyəsi nəzərdə tutulmur.

Qeyd edək ki, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşüb. Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub, bu zərbə insan itkisinə səbəb olmayıb. Hadisə ilə bağlı bu gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyaya nota verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər