Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişinin yaxın gələcəkdə imzalanacağına ümid edir
Siyasət
220
16:30, Bu gün

Gürcüstan Azərbaycan-Ermənistan sülh sazişinin yaxın gələcəkdə imzalanacağına ümid edir

Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh razılaşmasını alqışlayır.

Moderator.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi görüşdə deyib.

O, iki ölkənin yaxın gələcəkdə sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.

Kavelaşvilinin sözlərinə görə, saziş Cənubi Qafqazda pozitiv inkişaf dinamikasını və regionun cəlbediciliyini keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək.

Prezident qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir və prosesə öz töhfəsini verməyə hazırdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər