Paşinyandan
Siyasət
192
11:57, Bu gün

Paşinyandan "Zəngəzur dəhlizi" ilə bağlı açıqlama: iki ssenari müzakirə edilir

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan ABŞ-la məşhur “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantı – 49 illik və 99 illik müddətləri – müzakirə edir.
 
Moderator.az-ın məlumatına görə Paşinyan bildirib ki, icarə müddətləri birbaşa olaraq ABŞ investorlarının yatırımlarına və onların geri dönüş ehtiyacına bağlıdır:
 
“Müddətlər investisiyaların həcmi və onların geri qaytarılması ilə əlaqəlidir. İnvestor əmin olmalıdır ki, qoyduğu vəsait ona geri qayıdacaq və müəyyən mənfəət əldə edəcək".
 
Müzakirələrin detalları açıqlanmasa da, bu məsələ Ermənistan–ABŞ əməkdaşlığında yeni strateji mərhələ kimi qiymətləndirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər