18:40
14°C
Bakı
Azərbaycan vətəndaşları ötən ay Türkiyədən 96 mənzil alıblar. Ötən ilin oktyabr ayında bu rəqəm 78 mənzil olmuşdu.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 741 mənzilə sahib olublar.
Oktyabr ayında Türkiyədən ən çox mənzil alan xarici vətəndaşlar arasında Rusiya 315 ədədlə birinci, Almaniya 191 ədədlə ikinci, İran isə 172 ədədlə üçüncü yerdə qərarlaşıblar.
2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə xarici vətəndaşlara 17 min 50 mənzil satılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.3% azalma deməkdir.