Hikmət Hacıyev Prezidentin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edib
Siyasət
129
16:00, Bu gün

Hikmət Hacıyev Prezidentin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

Moderator.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin müsahibədən kiçik bir hissəni sosial şəbəkədə paylaşıb.

"Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir", - müsahibədən çıxarışda deyilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər