23:27
15°C
Bakı
Azərbaycan və Botsvana diplomatik münasibətlər qurub.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki nümayəndəliyi sosial media hesabında məlumat yayıb.
Bəyanatda deyilir: "11 noyabr 2025-ci il tarixində Nyu-Yorkda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev və Botsvananın BMT-dəki daimi nümayəndəsi Çarlz Masole iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında Birgə Kommünike imzalayıblar".