Paşinyan TRIPP-in Ermənistan hissəsinin inşası müddətini açıqladı
Siyasət
195
19:40, Bu gün

Paşinyan TRIPP-in Ermənistan hissəsinin inşası müddətini açıqladı

"Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun (TRIPP) Sünik hissəsinin tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq".

Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı açıqlayıb.

O əlavə edib ki, ilin sonuna qədər bir plan hazırlanacaq və layihənin bütün detalları açıqlanacaq. Bu planlar 2026-cı ilin birinci yarısında təsdiqlənəcək.

Baş nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə məşğuldur və həddindən artıq yüklənib, lakin Ermənistan göstərilən müddətlər üzrə işləri çatdırmağa çalışacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər