Dünən Türkiyənin "C-130" hərbi təyyarəsi Azərbaycandan Türkiyəyə uçarkən Gürcüstanda qəzaya uğrayıb. Qəzada türkiyəli hərbçilər həlak olublar.
Moderator.az xəbər verir ki, "Caliber"in ""YouTube" kanalında hadisə ilə bağlı süjet yayımlanıb.
Süjetdə bildirilib ki, təyyarə Gəncə hava limanında təxminən iki saat gözləyib. Bu müddət ərzində heç bir kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma cəhdi qeydə alınmayıb. Göyərtədə hərbi paradda iştirak edən "F-16" qırıcılarına xidmət göstərən texniki heyət olub. Onlar bütün standart təhlükəsizlik prosedurlarını yerinə yetiriblər və yalnız bundan sonra təyyarəyə miniblər.
Təyyarə "F-16" üçün mexaniki ehtiyat hissələri daşıyıb. Mövcud məlumata görə, göyərtədə partlayıcı maddə olmayıb.
Bundan əlavə, qalıqların ilkin yoxlanılması zamanı da heç bir xarici zərbə əlamətləri aşkar edilməyib. Müqayisə üçün, AZAL sərnişin təyyarəsi əvvəllər vurulduqda, göyərtənin tam zədələnməsi dərhal görünürdü. Bu halda, belə əlamətlər yoxdur ki, bu da qəzanın texniki səbəbi ehtimalını artırır.
Bununla yanaşı, videomaterialda qəzanın səbəbləri ilə bağlı ilkin nəzəriyyələr və "C-130" təyyarələri üzrə qlobal qəza statistikası da diqqətə çatdırılıb.
Daha ətraflı "Caliber"in süjetində: