Paşinyanın müavini
Siyasət
252
18:15, Bu gün

Paşinyanın müavini "Tramp marşrutu" üçün növbədənkənar delimitasiyanın mümkünlüyündən danışıb

Vaşinqton Bəyannaməsinin imzalanmasından sonra "Tramp marşrutu" üçün infrastrukturun yerləşdirilməsi ilə bağlı müzakirələr daha konkretləşib.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan parlamentdə sual-cavab sessiyası zamanı bildirib.

Ermənistan Baş nazirinin müavini deyib ki, Syünikdə “Tramp marşrutu”nun irəliləməsi üçün növbədənkənar delimitasiya mümkündür.

O qeyd edib ki, bununla belə, nəticədən asılı olmayaraq, ümumi delimitasiya prosesi davam edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər