Hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır - Qüdrət Həsənquliyev
Siyasət
178
17:42, Bu gün

Hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır - Qüdrət Həsənquliyev

Bu gün Bakıda  Konstitusiya ili çərçivəsində “Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə“ mövzusunda beynəlxalq konfrans keçirilib.

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev hüquq-mühafizə orqanları rəhbərlərinin də qatıldığı konfrans haqqında Gununsesi.info-ya danışıb.

Qüdrət Həsənquliyevin sözlərinə görə,  2026-cı ilin büdcəsində ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün xərclərə 239 milyon manat ayrılması nəzərdə tutulub:”Bu olduqca böyük vəsaitdir.Bu vəsaitin həcmi bir neçə dəfə azaldılmalı , qənaət olunan vəsait bizi qürurlu etmiş Silahlı Qüvvələrin hərbçilərinin mənzil problemlərinin həllinə sərf olunmalıdı. Sərf olunan vəsaitlər qarşılığında qeyd etdiyiniz konfransın və bu kimi digər konfransların həm təbliğat effekti,həm də hüquqi dövlət quruculuğuna təsiri çox azdır.

O konfransada hansısa ciddi təkliflərin olması və gələcəkdə hüquq islahatları çərçivəsində onların nəzərə alınması ehtimalı sıfıra yaxındı. Ona görə ki,bu tipli tədbirlərə müstəqil mövqeyi olan hüquqşünaslar yox,yalnız rəsmi şəxslər çağrılır, onlar da bir qayda olaraq mövcud konstitusiyanı tərifləyir ,hüquq sistemimizdəki çatışmamazlıqlardan danışmırlar. Ölkəmizdə hakimiyyət bölgüsünə real məzmun ,hüquq və azadlıqlara ciddi təminat verən yeni konstitusiya qəbul olunmalıdır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər