Azərbaycanın Türkiyədəki səfirliyi
Siyasət
300
11 Nov 2025 | 22:50

Azərbaycanın Türkiyədəki səfirliyi "C-130" hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyi Türkiyəyə məxsus "C-130" hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Moderator.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib.

"Qardaş Türkiyəyə məxsus "C-130" hərbi təyyarəsinin qəzası xəbəri bizi dərin kədərləndirib. Qəzada həyatını itirənlərə Allahdan rəhmət diləyir, kədərli ailələrinə, yaxınlarına və qardaş türk xalqına dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda qeyd olunub.

 

 

 

Link kopyalandı!
Son xəbərlər