Ombudsman təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verdi
Siyasət
179
21:35, Bu gün

Ombudsman təyyarə qəzası ilə bağlı Türkiyəyə başsağlığı verdi

Azərbaycan Ombudsmanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib.

Moderator.az xəbər verir ki, paylaşımda qeyd olunub: “Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması barədə məlumat böyük üzüntü ilə qarşılanmışdır. Bu ağır faciə ilə əlaqədar qardaş Türkiyə Respublikasına, onun xalqına, habelə həlak olan hərbi qulluqçuların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk, onlara səbr və mərhəmət diləyirik".

Bəyanatda vurğulanır ki, Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri xalqlarımızı hər zaman bir-birinə yaxın edib: "Bu kədərli hadisə ilə bağlı dərdinizə şərik olur, həlak olanların xatirəsini ehtiramla yad edirik".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər