22:55
13°C
Bakı
Xəbər verdiyimiz kimi, Azərbaycandan qayıdan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.
Moderator.az Teleqraf-ın məlumatına istinadən xəbər verir ki, sözügedən təyyarə Azərbaycana bu gün gəlib.
Bakı vaxtı ilə saat 12:06-da Gəncə Beynəlxalq Hava Limanına eniş edən təyyarə saat 14:20-də geri qayıtmaq üçün yenidən havaya qalxıb.
Lakin hərbi yük təyyarəsi havaya qalxdıqdan 27 dəqiqə sonra qəzaya uğrayıb. Bu, təyyarə Azərbaycan sərhədini 5 km keçəndən sonra baş verib.
Təyyarənin Türkiyənin Trabzon şəhərindən Azərbaycana gəldiyi bildirilir.
Qeyd edək ki, aidiyyəti orqanlar qəzanın bütün mümkün ehtimallarını araşdırır.