Kəmaləddin Heydərov təyyarə qəzası ilə bağlı Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb
Siyasət
310
18:35, Bu gün

Kəmaləddin Heydərov təyyarə qəzası ilə bağlı Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovkik Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri Gela Geladze ilə telefonla danışıb.

Moderator.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib.

Telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.

Nazir K.Heydərov ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.

Gürcüstanlı nazir G.Geladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.

Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər