Niderland XİN-in nümayəndəsi Azərbaycana səfər edəcək
Siyasət
192
17:45, Bu gün

Niderland XİN-in nümayəndəsi Azərbaycana səfər edəcək

Niderland Xarici İşlər Nazirliyinin (XİN) Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Kerolayn Ramakers noyabrın 13-14-də Azərbaycana səfər edəcək.

Bu barədə Niderlandın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfəri çərçivəsində K.Ramekers ikitərəfli əməkdaşlığı və tərəfdaşlıq əlaqələrini gücləndirmək imkanlarını müzakirə etmək üçün Azərbaycanın biznes və dövlət qurumları nümayəndələri ilə görüşlər keçirəcək.

Bundan əlavə, o həmçinin regional proseslər və əməkdaşlıq barədə fikir mübadiləsi aparmaq üçün ADA Universitetinin tələbələri və müəllimləri ilə görüşəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər