Hakan Fidan:
Siyasət
337
15:40, Bu gün

Hakan Fidan: "Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq" - FOTO

“Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm”.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın paylaşımdan deyilir.

XİN rəhbəri bildirib ki, Qarabağın öz torpaqlarına qovuşmasını təmin edən həmin tarixi mübarizənin qəhrəmanlarını ehtiramla anır, Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətlə yad edir: “Qarabağ Azərbaycandır! Bu həqiqət həm xalqların yaddaşında, həm də bölgənin gələcəyində əbədi yaşayacaq.

Bu gün cənab Prezidentimizlə birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq”.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər