Mahmud Abbas İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət
138
20:50, Bu gün

Mahmud Abbas İlham Əliyevə təbrik ünvanlayıb

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevi Zəfərin 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

Moderator.az xəbər verir ki, Fələstin prezidentinin təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

Zati-alinizə və Sizin simanızda Azərbaycan Respublikasının Hökumətinə və qardaş Azərbaycan xalqına Zəfər Gününün beşinci ildönümü, həmçinin Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycana, Hökumətinizə və xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Qürur duyduğumuz dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin daha da inkişaf edib möhkəmlənəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, hörmətli qardaşım, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər