21:05
13°C
Bakı
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, bu barədə təşkilatın “X” hesabında qeyd olunub.
“8 noyabr – Zəfər Günü münasibətilə, 44 günlük Vətən müharibəsində Şuşanın azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edən Azərbaycan xalqının və Silahlı Qüvvələrinin nümayiş etdirdiyi qəhrəmanlıq və birlik ruhunu fəxrlə yad edirik”, - TDT-nin təbrik mesajında bildirilib.