Türkiyə səfiri Ertem Şenerlə görüşüb - FOTO
Siyasət
693
16:50, Bu gün

Türkiyə səfiri Ertem Şenerlə görüşüb - FOTO

Türkiyəli jurnalist, Çempionlar Liqasında “Qarabağ”-“Çelsi” oyununun şərhçisi Ertem Şener Bakıda Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.

APA xəbər verir ki, o, Türkiyə səfiri Birol Akgünlə görüşüb.

“8 Noyabr Zəfər Günü ərəfəsində Bakıya səfərim zamanı səfirliyimizi ziyarət etdim. Səfirimiz Birol Akgünlə səmimi söhbət etdik. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakını işğaldan azad etməsindən tutmuş Qarabağ Zəfərinə qədər olan qardaşlıq tariximizi öyrənmək mənə böyük qürur verdi”, – o "X" hesabında qeyd edib.

Ertem Şener həmçinin 2023-cü ildə Kahramanmaraşda baş verən zəlzələlər zamanı Azərbaycanın göstərdiyi dəstəyin unudulmaz olduğunu vurğulayıb: “Azərbaycanlı qardaşlarımızın yardımları heç vaxt unudulmayacaq, əbədi minnətdarıq”.

Ertem Şener “Türkiyə və Azərbaycan qardaşlığı və ittifaqı əbədi, sarsılmaz və bənzərsizdir” sözləri ilə paylaşımını tamamlayıb.

Türkiyə səfiri Ertem Şenerlə görüşübTürkiyə səfiri Ertem Şenerlə görüşüb

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər