İrəvan tarixdən inciyib - VİDEO
Siyasət
324
05 Nov 2025 | 22:00

İrəvan tarixdən inciyib - VİDEO

"Şübhəsiz ki, ölkəmizdə baş verən hadisələr Ermənistanda diqqətlə izlənilir. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarına xüsusi diqqət yetirilir. Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan rəhbərliyinin ali nümayəndələri Azərbaycan liderinin bu və ya digər tezislərini şərh ediblər. Bu dəfə də şərhsiz ötüşməyib. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı Ermənistan parlamentinin spikeri Alen Simonyan və onun müavini Ruben Rubinyan da daxil olmaqla, bu ölkədə kəskin reaksiya doğurub".

Moderator.az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan süjetdə bildirilib.

Məqalədə bildirilir ki, erməni deputatları, xüsusən İlham Əliyevin aşağıdakı sözləri təşvişə salıb:

"Biz tarixi torpaqlarımıza qayıtmalıyıq - tanklarla yox, avtomobillərlə... Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir, hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə "Sevan gölü" adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin, biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir".

Daha ətraflı "Caliber"in yeni süjetində:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər